...

Dövlət Departamenti: ABŞ və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı və investisiya məsələsini müzakirə ediblər

Siyasət Materials 15 Oktyabr 2012 15:38 (UTC +04:00)
ABŞ və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin bazar ertəsi Bakıda keçirilən brifinqdə jurnalistlərə bildirib.
Dövlət Departamenti: ABŞ və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı və investisiya məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tarıverdiyeva/

ABŞ və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin bazar ertəsi Bakıda keçirilən brifinqdə jurnalistlərə bildirib.

"Mən Azərbaycanda olduğuma görə şadam. ABŞ-Azərbaycan əməkdaşlığı getdikcə genişlənir və dərinləşir, bizdə müzakirə etmək üçün çoxlu məsələlər var", - Rubin deyib.

Onun sözlərinə görə, hazırkı səfər zamanı tərəflər ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Rubin qeyd edib ki, o, ölkələr arasında investisiyaların inkişafı məsələsini müzakirə etmək imkanına malik olub.

Rubin deyib ki, tərəflər xüsusilə də Əfqanıstan məsələsində müsbət rol oynayan çox mühüm ABŞ-Azərbaycan strateji tərəfdaşlığını müzakirə ediblər.

"Eləcə də tərəflərin əməkdaşlıq etdiyi bir sıra digər regionlar da mövcuddur. Biz Əfqanıstandakı NATO qüvvələrinə çox vacib olan dəstəyə görə minnətdarlığımızı bildirmək istəyirik. Biz habelə Azərbaycanın demokratik inkişafını və ölkədəki vətəndaş cəmiyyətini dəstəkləyirik", - Rubin deyib.

Onun sözlərinə görə, Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bir sıra yüksəkvəzifəli məmurları, QHT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti