...

Azərbaycan deputatları Ukrayna Ali Radasına keçiriləcək seçkiləri izləyəcəklər

Siyasət Materials 24 Oktyabr 2012 17:28 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatları oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkiləri izləyəcəklər.
Azərbaycan deputatları Ukrayna Ali Radasına keçiriləcək seçkiləri izləyəcəklər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin deputatları oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkiləri izləyəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisdən bildirilib.

Ukrayna parlamentinə seçkiləri MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT PA-nın müşahidə missiyasının tərkibində, Elton Məmmədov GUAM PA- nın sədri, Asəf Hacıyev QDİƏT PM-nin sədr müavini qismində müşahidə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti