...

İsrail hökuməti turizm sektoruna yatırılmış Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır - nazir

Siyasət Materials 29 Oktyabr 2012 01:41 (UTC +04:00)
İsrail hökuməti ölkənin turizm sektoruna Azərbaycan investisiyalarında maraqlıdır və İsraildə işləməyi arzu edən Azərbaycan investorlarını dəstəkləməyə hazırdır.
İsrail hökuməti turizm sektoruna yatırılmış Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır - nazir

İsrail, Yerusəlim, 29 oktyabr, /müxbir Trend S. Ağayeva/

İsrail hökuməti ölkənin turizm sektoruna Azərbaycan investisiyalarında maraqlıdır və İsraildə işləməyi arzu edən Azərbaycan investorlarını dəstəkləməyə hazırdır. Trend-in məlumatına görə, bunu İsrailin turizm naziri Stas Misejnikov Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, İsrail hökuməti Azərbaycan investorlarına 20 faiz miqdarında maddi yardımın ödəyə bilər. Bu gün hökumət Ölü dənizdə turizmin inkişaf proqramı üzərində işləyir, hansının ki çərçivəsində yeni mehmanxanaların, infrastrukturun və onun reallaşdırmasının planlaşdırılır - bu isə Azərbaycan biznesmenləri üçün yaxşı imkan ola bilər.

"İsrail bu gün coşan dünyada sabitliyin adasıdır, və indiki hökumət əvvəlki olanlardan ən sabiti hesab edilir. Hökumət ölkədə sabit biznesi iqliminə zəmanət verir və xarici investorlar İsraildə cəsarətlə işləyə bilərlər", nazir deyib.

Ən yaxın illərdə İsrail ölkələrin coğrafiyasını genişləndirməyi planlaşdırır, hansılarına ki, turistlər İsraildən gedir və Azərbaycan o siyahıda var, nazir qeyd edib.

Statistikaya görə, bu gün İsrailə çox az baş çəkən Azərbaycan turistlərinin sayı cəmi təxminən 2 min insan, amma nazirlik bu statistikanın yüksələmsində maraqlıdır.

Nazirlik hökumətin müzakirəsinə ölkədə turizm xidmətlərinin qiymətlərin düşməsi barədə proqramı hazırladı və təqdim etdi, hansı ki Azərbaycandan turistik axının artımında mühüm rolu oynayacaq, o hesab edir.
Gələcəkdə iki ölkənin arasında viza rejiminin sadələşdirilməsidə isitisna olunmur.

Turizm İsrailin iqtisadiyyatının prioritetli və gəlirli sferalarından biridir.

İsrail- turizmin ən sabit və məşhur istiqamətlərindən biridir. Yayda adətən turistlər çimərlik istirahətinə üstünlük verir, payız-qış mövsümündə isə müalicə dalınca gedirlər.

Bu payız mövsümü istisna olmadı.

Turistlər əsasən ekskursiya və Qırmızı və Ölü dənizi, Təl-Əvivi, Eylatı və Netanii baş çəkməklə uyğunlaşdırılmış proqramları seçirlər. Həmçinin yeni yaranmış tibbi və zəvvar turlarına da tələbat var.

Azərbaycan və İsrail arasında münasibətlər ölkələrin arasında diplomatik münasibətlər qurulmasından sonra əhəmiyyətli dərəcədə yüksəlib. İki ölkə çox sahələrdə fəal əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti