...

Çikaqonun Loyola Universitetində Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 29 Oktyabr 2012 04:41 (UTC +04:00)
Azərbaycan Səfirliyinin nümayəndələrinin İlinoys ştatına səfəri çərçivəsində ABŞ-ın aparıcı univeristetlərindən olan və əsası 1870-ci ildə qoyulan Loyola Universitetində Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə həsr olunmuş tədbir keçirilib.
Çikaqonun Loyola Universitetində Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Səfirliyinin nümayəndələrinin İlinoys ştatına səfəri çərçivəsində ABŞ-ın aparıcı univeristetlərindən olan və əsası 1870-ci ildə qoyulan Loyola Universitetində Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Səfir Elin Süleymanov geniş auditoriya qarşısında çıxışında ölkələr arasındakı əməkdaşlığın hazırkı durumu barədə məlumat vermiş və ikitərəfli strateji münasibətlərin hər iki dövlətin maraqlarına uyğun olduğunu bildirib. Xüsusilə hazırda kifayət qədər aktual olan terrorçuluğa qarşı mübarizədə Azərbaycanın ABŞ-la çiyin-çiyinə çalışdığını qeyd edib.

Diplomat Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoq üçün nümunəvi məkan rolu oynadığını bildirərək, dini müxtəlifliyin cəmiyyətimizə xüsusi rəng qatdığını bildirmişdir. Azərbaycanda üstünlük təşkil edən dünyəvi dinlərin nümayəndələri, yəhudi, pravoslav və katolik icmasının üzvlərinə hər cür şərait yaradıldığını qeyd edib.

Səfi enerji sahəsində əməkdaşlıq haqqında danışaraq, regionda həyata keçirilən enerji layihələri barədə auditoriya iştirakçılarını məlumatlandırıb. Diplomat Klinton və Buş Administrasiyasının davamlı dəstək göstərdiyi Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşasını misal gətirərək, hazırda gündəmdə olan layihələrin uğurla həyata keçirilməsi üçün ABŞ Administrasiyası tərəfindən siyasi dəstəyin ifadə edilməsinin vacibliyini vurğulamışdır. Bu xüsusda, səfir Dövlət katibi Hillari Klintonun Corctaun Universitetindəki çıxışı zamanı ABŞ hökumətinin "Cənub Dəhlizi" layihəsinə dəstəyini ifadə etməsinin təqdirəlayiq hal olduğunu əlavə etmişdir.

Qeyd edək ki, səfər ərzində Səfirliyin nümayəndələri həmçinin Amerika Yəhudi Komitəsinin Çikaqo ofisinin rəhbərliyi ilə görüşmüş, regionda hazırkı durum, Yaxın Şərqdə baş verən proseslərin sonrakı inkişafı və mümkün nəticələri, eləcə də Azərbaycanın ABŞ və İsraillə əməkdaşlığı, Azərbaycan və yəhudi xalqları arasında ənənəvi dostluq münasibətləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Səfirlik nümayəndələri eyni zamanda Azərbaycan və türk icması üzvləri ilə görüşərək ölkəmizin təbliği istiqamətində müxtəlif tədbirlərin təşkili barəsində müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti