...

Abid Şərifov: Azərbaycan və Türkiyə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərir

Siyasət Materials 31 Oktyabr 2012 20:47 (UTC +04:00)
Azərbaycan qürur hissi duyur ki, Türkiyə güclü dövlətlər sırasına daxildir. Azərbaycan-Türkiyə əlaqələri möhkəm təmələ əsaslanaraq bütün sahələrdə inkişaf edir.
Abid Şərifov: Azərbaycan və Türkiyə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan qürur hissi duyur ki, Türkiyə güclü dövlətlər sırasına daxildir. Azərbaycan-Türkiyə əlaqələri möhkəm təmələ əsaslanaraq bütün sahələrdə inkişaf edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov deyib.

Şərifov bildirib ki, Azərbaycan və Türkiyə beynəlxalq aləmdə vahid mövqedən çıxış edərək bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərir.

O qeyd edib ki, iki qardaş ölkə arasında ticarət dövriyyəsi yüksək templə artır. Əməkdaşlığımızın yeni mərhələsi ticarət dövriyyəsinin yüksəlməsinə daha da təkan verəcək.

"Azərbaycan və Türkiyənin birgə iqtisadi layihələri inkişaf edərək sadəcə bu iki ölkənin deyil, digər dövlətlərin də iqtisadiyyatına müsbət təsir edir", - Baş nazirin müavini deyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji layihələri dünyanın enerji xəritəsinə töhfə verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti