...

Türkiyədə Əli Həsənovun "Geopolitika" kitabının "imza günü" olub (FOTO)

Siyasət Materials 26 Noyabr 2012 15:36 (UTC +04:00)
TÜYAP Sərgi Mərkəzində keçirilən XXXI İstanbul Kitab Sərgisində Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun "Geopolitika" kitabının "imza günü" olub.
Türkiyədə Əli Həsənovun "Geopolitika" kitabının "imza günü" olub (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

TÜYAP Sərgi Mərkəzində keçirilən XXXI İstanbul Kitab Sərgisində Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun "Geopolitika" kitabının "imza günü" olub.

AzərTAc Dövlət İnformasiya Agentliyinin verdiyi məlumata görə, Türkiyənin "Bab-ı Ali" nəşriyyatında türkcə nəfis tərtibatda çapdan çıxmış kitabın imza mərasimində qardaş ölkənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, burada səfərdə olan azərbaycanlı jurnalistlər, sərgiyə gəlmiş yerli və əcnəbi yazıçılar iştirak ediblər.

Doqquz fəsil, 460 səhifədən ibarət kitabda dünyanın əsas güc mərkəzlərinin Azərbaycanın da daxil olduğu Avrasiya coğrafiyasında siyasəti, bunun Xəzər hövzəsi və Cənubi Qafqazdakı proseslərə təsiri ətraflı təhlil edilib.

Mərasim iştirakçıları nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək kitabın universitet tələbələri, siyasətçilər üçün qiymətli mənbə olduğunu bildiriblər.

Müəllif, professor Əli Həsənov mərasimə qatılan yerli və əcnəbi oxucular üçün "Geopolitika" kitabını imzalamış və onlara hədiyyə edib.

Foto: AzərTAc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti