...

XİN: İran Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə saxlanmasına can atır

Siyasət Materials 11 Dekabr 2012 13:10 (UTC +04:00)
İran Azərbaycanla münasibətlərin ən yüksək səviyyədə saxlanmasına can atır. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib.
XİN: İran Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə saxlanmasına can atır

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev/

İran Azərbaycanla münasibətlərin ən yüksək səviyyədə saxlanmasına can atır. Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib.

"Bizdə siyasət, ideologiya və mədəniyyət məsələlərində bir çox oxşarlıqlar var. Bu, bizim əməkdaşlığımız üçün əsasdır", - Mehmanpərəst deyib.

Mətbuat katibi əlavə edib ki, İran iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün böyük səy göstərir.

"Bəzi dairələrin bu əlaqələrə zərər vurmaq istəməsinə baxmayaraq, biz daxili kanallar vasitəsilə münasibətləri yüksək səviyyədə saxlamağa çalışırıq", - Mehmanpərəst qeyd edib.

O bildirib ki, İran Azərbaycan da daxil olmaqla bütün qonşuları ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Şərqi Azərbaycan vilayətinin rəhbəri Əhməd Əlirza Beygi arasında görüş keçirilib. Görüşdə iki ölkə sərhədində kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Tərəflər, habelə birgə iqtisadi layihələr planının yaradılması kimi məsələləri də müzakirə ediblər. Həmin plan yaxın vaxtlarda imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti