...

Mübariz Qurbanlı: Müxalifətin seçkilərə bir və ya iki namizədlə getməsi onların sosial bazasının artmasına təsir göstərməyəcək

Siyasət Materials 11 Dekabr 2012 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend müxbir M.Əliyev/

Müxalifətin, xüsusilə də radikal müxalifətin 2013-cü il prezident seçkilərinə bir və ya iki namizədlə getməsi bu düşərgənin sosial bazasının, elektoratının artmasına təsir göstərməyəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifətin vahid namizəd ideyasına münasibət bildirərkən deyib.

"Bu düşərgə seçkilərə istər bir namizədlə, istərsə də iki namizədlə getsin, onun tərəfdarlarının sayında artım olmayacaq. Çünki bu düşərgəni seçicilərin, əhalinin ancaq 1 və ya 2 faizi dəstəkləyir", - millət vəkili bildirib.

Qurbanlı qeyd edib ki, onların sosial bazası həddindən artıq zəifdir və yəni seçkilərə neçə namizədlə qatılmalarından asılı olmayaraq bu düşərgənin elektoratında artım baş verməyəcək.

Eyni zamanda, o bildirib ki, kimliyindən asılı olmayaraq bu və ya digər seçkilərdə namizəd və namizədlər YAP-ın rəqibləridir.

"Biz insanlara, seçkilərə qatılan namizəd və yaxud namizədlərə şəxsiyyətlərinə görə deyil, siyasi ideoloji mövqe və fikir ayrılıqlarına görə qiymət verir, onları özümüzə rəqib sayırıq", - Qurbanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti