...

Tomas O.Melia: Azərbaycanda keçirilən görüşlərdə ölkədəki siyasi və təhlükəsizlik məsələləri müzakirə edilib

Siyasət Materials 11 Dekabr 2012 19:00 (UTC +04:00)
Azərbaycanda keçirtdiyimizi görüşlərdə ölkədəki siyasi və təhlükəsizlik məsələləri müzakirə edilib.
Tomas O.Melia: Azərbaycanda keçirilən görüşlərdə ölkədəki siyasi və təhlükəsizlik məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda keçirtdiyimizi görüşlərdə ölkədəki siyasi və təhlükəsizlik məsələləri müzakirə edilib. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz hökumət nümayəndələri və digər şəxslərlə bir sıra görüşlər keçirmişik. Bizim səfərimiz əsasən beynəlxalq insan haqları ilə bağlı idi. Mən Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, deputatlar, vətəndaş cəmiyyətinin üzvləri, müxalifət nümayəndələri ilə görüşmüşəm. Bu səfər zamanı Azərbaycanla əməkdaşlıq etdiyimiz iqtisadi, təhlükəsizlik və digər qarşılıqlı məsələləri müzakirə etdik. Biz Azərbaycanla bu sahələrdə əməkdaşlığı yüksək qiymətləndiririk", - Tomas O.Melia bildirib.

Onun sözlərinə görə, həm hökumət, həm də qeyri-hökümət nümayəndələri ilə görüşdə Azərbaycanın demokratik siyasi mühiti, qadın və kişilərin hüquqlarının artırılması və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti