...

Azərbaycan səfiri etimadnaməsini Maldiv Prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 13 Dekabr 2012 17:46 (UTC +04:00)
Azərbaycanın Maldiv Respublikasındakı səfiri İbrahim Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Mohamed Vahidə təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini Maldiv Prezidentinə təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycanın Maldiv Respublikasındakı səfiri İbrahim Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Mohamed Vahidə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Mohamed Vahidə çatdırıb.

Mohamed Vahid Azərbaycan Prezidenti İlham Əliyevə salam və xoş arzularını çatdırmağı xahiş edib. Həmçinin, Maldiv Prezidenti Azərbaycan Prezidentinin ölkəsinə səfər etməsi arzusunu bildirib, bununla yanaşı, özünün də Azərbaycana səfər etmək, beynəlxalq tədbirlər çərçivəsində Prezident İlham Əliyevlə görüşmək niyyətini ifadə edib. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı və beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Görüş zamanı səfir Maldiv Prezidentinə Ermənistan-Azərbaycan münaqişəsi haqqında ətraflı məlumat verib və münaqişənin regionda davamlı stabilliyin təmin edilməsində başlıca maneə olduğu vurğulanıb.

Azərbaycan səfiri, həmçinin Maldivin xarici işlər naziri Abdul Samad Abdullahla görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti