...

Azərbaycanla Gürcüstan arasında münasibətlər yalnız dərinləşə bilər – vitse-spiker

Siyasət Materials 19 Dekabr 2012 10:36 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında münasibətlər dəyişə bilməz, onlar yalnız dərinləşə bilər.
Azərbaycanla Gürcüstan arasında münasibətlər yalnız dərinləşə bilər – vitse-spiker

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Gürcüstan arasında münasibətlər dəyişə bilməz, onlar yalnız dərinləşə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze bildirib.

"Yaxın vaxtlarda Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana səfər edəcək və iki ölkənin münasibətlərini müzakirə edəcək", - Abaşidze deyib.

Onun sözlərinə görə, Gürcüstanın yeni hökuməti regional əlaqələrin bütün məsələlərini ciddi şəkildə öyrənir.

"Bizim üçün ən başlıcası Gürcüstan-Azərbaycan məsələləridir. Heydər Əliyev münasibətlərimizin təməlini elə qoyub ki, onları heç kim dağıda bilməz", - Abaşidze deyib.

Vitse-spiker çərşənbə günü Bakıda keçirilən GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti