...

XİN: Qərb İranda prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışır

Siyasət Materials 2 Yanvar 2013 17:44 (UTC +04:00)
Qərb İranda əhaliyə təzyiqin artırılması yolu ilə qarşıdakı prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışır.
XİN: Qərb İranda prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışır

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir A.Bədəlova/

Qərb İranda əhaliyə təzyiqin artırılması yolu ilə qarşıdakı prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü IRNA agentliyi İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər verir.

Onun sözlərinə görə, Qərb ölkə daxilində böhran yaratmağa çalışır.

"Ona görə də Qərb İran xalqına qarşı bir sıra qətnamələrin ratifikasiyasını davam etdirir", - Mehmanpərəst jurnalistlərə deyib.

Qeyd edək ki, İranda prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Hazırkı Prezident Mahmud Əhmədinejad seçkilərdə iştirak edə bilməyəcək, çünki İran Konstitusiyası eyni şəxsin ardıcıl üç dəfə prezident postunu tutmasını qadağan edir.

Mehmanpərəstin sözlərinə görə, Qərb insanlar arasında təzyiqin artırılması yolu ilə prosedura və prezident seçkilərinin nəticələrinə təsir etmək məqsədilə etirazlar və fikir ayrılıqları üçün zəmin hazırlamağa çalışır.

Xarici İşlər Nazirliyinin nümayəndəsi üç amili - daxili həmrəyliyi, birliyi və sədaqəti müxtəlif vəziyyətlərdə, həmçinin qarşıdakı seçkilərdə İranın qələbəsinin zəmanəti olan İslam inqilabının dəyərləri adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti