...

İran nüvə proqramı üzrə danışıqlarda iştirak üçün şərtlərini açıqlayıb

Siyasət Materials 9 Yanvar 2013 17:09 (UTC +04:00)
İran iştirak etməyə hazır olduğu ölkənin nüvə proqramı üzrə danışıqlara görə bir sıra şərtlər irəli sürüb. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.
İran nüvə proqramı üzrə danışıqlarda iştirak üçün şərtlərini açıqlayıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbirlər D.Xatınoğlu, Y.Kosolapova/

İran iştirak etməyə hazır olduğu ölkənin nüvə proqramı üzrə danışıqlara görə bir sıra şərtlər irəli sürüb. Bu barədə Trend çərşənbə günü "Mehr" agentliyinə istinadən məlumat verir.

İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəst ölkənin qətlə yetirilən nüvə alimlərinin anım mərasimində çıxışı zamanı İran, "5+1" qrupu (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu məsələ üzrə razılıq əldə edəcəyinə ümid etdiyini bildirib.

Mehmanpərəst İranın nüvə proqramı üzrə qarşıdakı danışıqlara görə şərtlər irəli sürüb.

"Əgər Qərb ölkələri İranın uranın zənginləşdirilməsi üzrə hüquqlarını tanısa, biz müfəttişlərə Parçin hərbi-sənaye kompleksinə baş çəkməyə imkan verəcəyik", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İranın "5+1" qrupu və BAEA ilə danışıqları fərqlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti