...

Ramin Mehmanpərəst: İran müştərək tarixin tədqiqində Azərbaycana yardım etməyə hazırdır

Siyasət Materials 15 Yanvar 2013 13:01 (UTC +04:00)
İran keçmiş Sovet İttifaqı ölkələrinin tarixinin tədqiq edilməsində bu ölkələrə yardım etməyə hazırdır.
Ramin Mehmanpərəst: İran müştərək tarixin tədqiqində Azərbaycana yardım etməyə hazırdır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir T.Cəfərov/

İran keçmiş Sovet İttifaqı ölkələrinin tarixinin tədqiq edilməsində bu ölkələrə yardım etməyə hazırdır. Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst jurnalistlərin Azərbaycan və İranın müştərək tarixinin tədqiq edilməsinə İslam Respublikasının mövqeyi ilə bağlı suala cavabında deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı Iribnews məlumat verir.

Mehmanpərəst deyib ki, müstəqillik əldə etmiş ölkələrin tarixinin böyük bir hissəsi farsdilli sənədlərdə mövcuddur, iranlı mütəxəssislər müştərək tarixinin tədqiq edilməsinə hazırdırlar.

XİN sözçüsü qeyd edib ki, tarixin tədiqi İranda mövcud olan etibarlı sənədlər və mənbələrə əsasən yazılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti