...

Etimad İsmayılov: Azərbaycan müxalifətində mövcud olan firqələr tam müstəqil siyasi partiyalar deyillər

Siyasət Materials 18 Yanvar 2013 14:51 (UTC +04:00)
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov təmsil olunduğu partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakının tərəfdarıdır.
Etimad İsmayılov: Azərbaycan müxalifətində mövcud olan firqələr tam müstəqil siyasi partiyalar deyillər

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov təmsil olunduğu partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakının tərəfdarıdır.

"Ədalət Partiyası hələ qarşıdan gələn prezident seçkiləri ilə bağlı qərar verməyib. Qərar verəndən sonra mövqeyimizi açıqlayacağıq. Ancaq hesab edirəm ki, partiyanın nümayəndəsi seçkilərdə iştirak etməlidir", - İsmayılov Trend-ə deyib.

Müxalifət düşərgəsindən vahid namizədin irəli sürülməsi məsələsinə münasibət bildirən partiya sədrinin müavini bunun daha effektli ola biləcəyini desə də, partiyaların asılılığının belə birliyə imkan vermədiyini diqqətə çatdırıb.

"Müxalifətin seçkilərdə vahid namizədlə mübarizəsi daha effektli ola bilər. Ancaq biz nəzərə almalıyıq ki, Azərbaycan müxalifətində mövcud olan siyasi firqələr özlərini hansı cinaha aid etmələrindən asılı olmayaraq, tam müstəqil siyasi partiyalar deyillər", - İsmayılov deyib.

O qeyd edib ki, müəyyən partiyaların xariclə bağlılıqları var və onların mövqelərindən asılıdırlar.

"Müəyyən siyasi partiyalar isə daxildə bu və ya digər şəkildə müxtəlif insanların təsir dairəsindədirlər. Bunun da nəticəsidir ki, uzun illərdir müxalifətin birliyi mövcud ola bilmir", - İsmayılov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti