...

Bosniya və Herseqovina Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Siyasət Materials 5 Fevral 2013 12:21 (UTC +04:00)
Bosniya və Herseqovina Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir
Bosniya və Herseqovina Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir M.Əliyev/

Bosniya və Herseqovina Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı gələcəkdə gücləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç bildirib.

Bojo Lyubiç Bakıya səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin Səhiyyə, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcəyini vurğulayaraq bu görüşlərin iki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönələcəyini bildirib.

"Azərbaycan çox sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Nəinki öz regionunda, Balkan regionunda da Azərbaycan böyük nüfuza malikdir, sərmayə qoyuluşu baxımdan Balkanlarda böyük rolu var", - Lyubiç deyib.

O, Azərbaycanın Bosniya və Herseqovinada humanitar sahədə də böyük işlər gördüyünü qeyd edib.

Eyni zamanda Lyubiç Bosniya və Herseqovinanın Nümayəndələr Palatasında bu günlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamə qəbul edildiyini vurğulayıb. O Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin qəbul etdiyi qərarlar və ATƏT-in prinsipləri çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti