...

Prezident İlham Əliyev "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 5 Fevral 2013 13:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev əmək və icra intizamının pozulmasına görə tətbiq edilən intizam tənbehinin verilməsi qaydalarına dəyişikliklərin edilməsi bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyev  "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamdan irəli gələrək Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

Qeyd edək ki, dəyişikliyə əsasən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Əvvəl qanunvericilikdə bu müddət 1 il nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti