...

Təhlükəsizlik xidmətinin əməkdaşı İran müxalifəti liderinin qızlarının həbsini təkzib edir

Siyasət Materials 11 Fevral 2013 18:13 (UTC +04:00)
Tehran prokurorunun ofisindəki təhlükəsizlik xidmətinin əməkdaşı bəyan edib ki, müxalifət lideri Mirhüseyn Musəvinin qızları Zəhra və Nərgiz həbs edilməyiblər.
Təhlükəsizlik xidmətinin əməkdaşı İran müxalifəti liderinin qızlarının həbsini təkzib edir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Tariverdiyeva, T.Cəfərov/

Tehran prokurorunun ofisindəki təhlükəsizlik xidmətinin əməkdaşı bəyan edib ki, müxalifət lideri Mirhüseyn Musəvinin qızları Zəhra və Nərgiz həbs edilməyiblər. Bu barədə Trend bazar ertəsi "Fars" agentliyinə istinadən məlumat verir.

Məmur deyib ki, qızlar ifadə vermək üçün prokurorluğa sorğu-suala çağırılıblar.

"Kaleme" saytının daha əvvəl verdiyi məlumata görə, İranın müxalifət lideri Mirhüseyn Musəvinin iki qızı Zəhra və Nərgiz təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saytın məlumatına görə, İranın təhlükəsizlik qüvvələri onların evində axtarış aparıb və qızları həbs edib. Onların hazırda harada yerləşdiyi məlum deyil.

Qeyd edək ki, iki həftə əvvəl Musəvinin qızları bildirmişdi ki, valideynlərinin harada saxlanıldığını bilmirlər və onlardan heç bir məlumat yoxdur. Qızlar valideynlərinin dərhal azadlığa buraxılmasını tələb etmiş və onların saxlanılmasını "oğurluq" adlandırmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti