...

Hakim partiya: Ayrı-ayrı şəxslərin fikirləri Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil

Siyasət Materials 12 Fevral 2013 18:16 (UTC +04:00)
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin adından müxalifət mətbuatında dərc olunan məlumatlar heç də onların iddia etdiyi kimi deyil.
Hakim partiya: Ayrı-ayrı şəxslərin fikirləri Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

"Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fülenin adından müxalifət mətbuatında dərc olunan məlumatlar heç də onların iddia etdiyi kimi deyil. Stefan Füle məxsusi olaraq Azərbaycandakı hadisələrlə əlaqədar bəyanat verməyib. Müxalifət mətbuatı ayrı-ayrı Avropa strukturlarında çalışan şəxslərin sosial şəbəkələrdə yazdıqları fikirləri siyasi şouya çevirməyə çalışır". Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, bu mənada Fülenin sosial şəbəkələrdə yayılmış bir cümləsini qəzetlər götürürək manşetlərinə çıxarıb. Bununla da, guya Avropa İttifaqının Azərbaycanla bağlı məsələlərlə əlaqədar mənfi fikirli olması iddiası ortaya qoyulur.

Onun sözlərinə görə, müxalifət düşərgəsinin nümayəndələri indiyədək bir sıra hadisələrin Aİ-də müzakirə obyekti olacağı iddiasını da irəli sürüblər.

"Amma bütün bunlar onların uydurmasıdır. Bu gün Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası ilə çox normal münasibətləri var. Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasət beynəlxalq strukturlarda, o cümlədən Avropa İttifaqında dəstəklənməkdədir. Ona görə də, ayrı-ayrı şəxslərin fikirləri, münasibətlərimizə xələl gətirməməklə yanaşı Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etmək imkanına malik deyil" - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti