...

Müxalifət Ollandan Fransanın AB-dən çıxması üçün referendum keçirməsini tələb etdi

Siyasət Materials 3 Mart 2013 02:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Fransanın ana müxalifət partiyası olan Milli Cəbhənin lideri Marin Le Pen prezident Fransua Ollandan Fransanın AB-dən çıxması üçün referendum keçirməsini tələb edib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumatda bildirilir ki, sağçıların lideri hakimiyyət qarşısında Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərə, 2014-cü ilin yanvar ayına qədər vaxt verib.

AB-yə münasibətdə radikal mövqe tutan Marin Le Pen indiki vaxtda bu cür təşəbbüslə çıxış etməsi də səbəbsiz deyil. Avrozona da böhranın dərinləşməsi fonunda artıq avroskeptiklərin proqnozlarının özünü doğrultması müşahidə olunur. Buna misal olaraq isə İtaliyada keçirilmiş parlament seçkilərində ölkənin AB-dən çıxarılmasının tərəfdarları olan populistlərin, xüsusilə də, Beppe Qrillonun dəstəklənməsi göstərilir.

"Biz düşünürük ki, hökumət qarşısındakı problemlərin öhdəsindən gəlmək imkanında deyil. Problemlərin çoxu isə AB-dən gəlir. Ona görə də, fransız seçicilərinə müraciət etməyi təklif edirik" - deyə Marin Le Pen əlavə edib.

Onun fikrincə, Bolqarıstanın və Rumıniyanın şengen zonasına daxil olması da Fransanın vəziyyətini ağırlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti