...

İran XİN-in mətbuat katibi Yerevanda bir sıra görüşlər keçirəcək

Siyasət Materials 1 Aprel 2013 17:54 (UTC +04:00)
Belarus səfərindən sonra İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Ermənistan paytaxtına gəlib.
İran XİN-in mətbuat katibi Yerevanda bir sıra görüşlər keçirəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

Belarus səfərindən sonra İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Ermənistan paytaxtına gəlib. Onun burada bir sıra görüşlər keçirəcəyi planlaşdırılır. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Mehmanpərəst Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və onun müavini Şavarş Koçaryan, XİN-in mətbuat katibi Tiqran Balayan, həmçinin diasporla iş üzrə nazir Qranuş Akopyanla görüşəcək.

O, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstutuna da baş çəkməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti