Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycan Avropa İttifaqı ilə readmissiya sahəsində saziş imzalaya bilər.
Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Bakıda "Cənibi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsinin təqdimat mərasimində bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev isə bildirib ki, Azərbaycan ölkəyə gələn miqrantların hüquqlarının pozulmaması maksimum səy göstərir. Bu layihə çərçivəsində miqrantlarla birbaşa məşğul olan əməkdaşların təlimi, biliklərinin artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda viza və readmissiya ilə bağlı Aİ ilə danışıqlar aparılır. Bununla bağlı tərəflər arasında 4 görüş keçirilib.
Musayev qeyd edib ki, viza prosedurunun sadələşdirilməsi və readmissiya sazişi həm Azərbaycan, həm də Aİ vətəndaşları üçün önəmli məsələdir.
"Azərbaycan hələ ki, heç bir dövlətlə readmissiya sazişi bağlamayıb. Güman edirəm ki, belə bir müqavilə Aİ ilə bağlanacaq", Dövlət Miqrasiya Xidmətinin rəis müavini qeyd edib.