...

Prezident: İran Yəməndə müsbət dəyişikliklərin əleyhinədir

Siyasət Materials 4 Aprel 2013 15:07 (UTC +04:00)
İran Yəməndə baş verən müsbət dəyişikliklərin əleyhinədir, çünki Yəmənin öz problemlərini həll etməsi rəsmi Tehranın xoşuna gəlmir.
Prezident: İran Yəməndə müsbət dəyişikliklərin əleyhinədir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Tağıyeva/

İran Yəməndə baş verən müsbət dəyişikliklərin əleyhinədir, çünki Yəmənin öz problemlərini həll etməsi rəsmi Tehranın xoşuna gəlmir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadi RT telekanalına müsahibəsində bildirib.

"İran Yəməndə baş verən dəyişikliklərin əleyhindədir. Onların öz yolu və üsulları var. Biz İrana məxsus gəmilər və silahlara həbs qoyduq, onlardan xahiş etdik ki, problemləri bizim ölkəyə ixrac etməsinlər, əksinə, Yəmənə problemləri həll etməkdə kömək etsinlər", - o vurğulayıb.

Prezidentin sözlərinə görə, Yəmənə öz problemləri bəs edir. Hadi qeyd edib ki, ölkədə ən böyük problem işsizlikdir.

"Yəməndə 15-28 yaş arası 6 milyona qədər gənc iş axtarır. Universitetlərin, humanitar və texniki institutların 600 minə qədər məzunu 10 ildən artıqdır ki, iş axtarır. Onların bəziləri intihar edir, bəziləri isə "əl-Qaidə" terror təşkilatının sıralarına daxil olur. Buna görə də ölkədə "əl-Qaidə" üzvlərinin sayı artır", - Hadi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti