...

Stefan Füle: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə davam edəcək

Siyasət Materials 9 Aprel 2013 11:14 (UTC +04:00)
Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə Azərbaycanın xarici işlər naziri Mahmud Məmmədquliyev arasında Brüsseldə görüş keçirilib.
Stefan Füle: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə davam edəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında Brüsseldə görüş keçirilib.

Trend Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdən sonra yaydığı bəyanatda Stefan Füle Aİ-nin Azərbaycanla əlaqələrin gücləndirilməsinə sadiq olduğunu, eyni zamanda fikir mübadiləsinin aparılmasının vacibliyini vurğlayıb.

Komissar qeyd edib ki, Azərbaycanın inkişafı Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafına da təsir göstərir.

İkitərəfli münasibətlərdəki mühiti yüksək qiymətləndirən Füle Azərbaycanın daxili vəziyyəti ilə bağlı bəzi məsələlərin qaldığını vurğulayıb.

Avropa komissarı qeyd edib ki, Aİ qarşılıqlı maraq doğuran məsələlərdə, eyni zamanda qarşılıqlı dəyərlər və azadlıqlar sahəsində Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyi alqışlayır.

Füle vurğulayıb ki, bu sahələrdə əməkdaşlıq bu il Vilnüsdə "Şərq Tərəfdaşlığı" üzrə zirvə toplantısının keçirildiyi bir vaxtda hər iki tərəfə ikitərəfli münasibətlərdə tərəqqinin əldə olunmasına kömək edəcək.

O vurğulayıb ki, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi üzrə danışıqlarda xeyli irəliləyiş əldə olunub. Eyni zamanda aviasiya sazişi üzrə danışıqlarda 2013-cü ilin yanvar ayından bəri mühüm irəliləyiş əldə olunub. Fülenin sözlərinə görə, Assosiativ Saziş üzrə də irəliləyişə nail olunub.

Füle, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb və tərəfləri bu prosesə zərər gətirə biləcək hərəkətlərdən və bəyanatlardan çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti