...

İran Kanadanın ittihamını rədd edir

Siyasət Materials 23 Aprel 2013 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, R.Zamanov/

İran Kanada hökumətinin bu yaxınlarda "əl-Qaidə" terror qruplaşması və rəsmi Tehran arasında güman edilən əlaqələr barədə bəyanatını rədd edir.

İran törədildiyi yerdən asılı olmayaraq, istənilən terror aktının əleyhinədir. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.

Kanada məmurları bildirmişdilər ki, Torontoda sərnişin qatarında terror aktına cəhdlə əlaqədar "əl-Qaidə"nin iki üzvü həbs olunub.

Ottava iddia edir ki, şübhəli şəxslərin "əl-Qaidə"nin İrandakı özəyi ilə əlaqələri var.

Lakin Mehmanpərəst bu ittihamı Kanadanın anti-İran kampaniyasının və iranofobiya ab-havası yaratmaq cəhdinin bir hissəsi kimi rədd edib.

O, həmçinin terrorizmlə mübarizədə Qərb ölkələrinin ikili standartlarından danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti