...

Yunanıstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 25 Aprel 2013 13:23 (UTC +04:00)
Yunanıstan XİN rəhbəri Dimitris Avramopulosun Azərbaycana səfərinin proqramı açıqlanıb.
Yunanıstan XİN rəhbərinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir S.Ağayeva /

Yunanıstan XİN rəhbəri Dimitris Avramopulosun Azərbaycana səfərinin proqramı açıqlanıb.

Aprelin 29-30 tarixlərində nəzərdə tutulan səfər çərçivəsində Yunanıstan XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarov, ölkə rəhbərliyi, bir sıra nazirliklərin rəhbərləri ilə görüşəcək. Bu barədə Trend-ə cümə axşamı diplomatik mənbə bildirib.

Məlumata görə, səfər rəsmi xarakter daşıyacaq. Səfərə hazırlıqla bağlı məsələlər Azərbaycan tərəfi ilə Yunanıstan XİN birinci müavini Dimitros Kurkulasın martın əvvəlində Bakıya səfəri zamanı müzakirə olunub.

"Yunanıstan Azərbaycanla həm ikitərəfli formatda, həm də Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlığın genişlənməsinə istiqamətlənib", - Bakıda səfərin yekunlarına dair təşkil olunan mətbuat konfransında Kurkulas bildirib.

"Yunanıstanın 2014-cü ilin birinci yarısında Aİ-na sədrliyi Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradacaq", - o bildirib.

Gözlənilir ki, Yunanıstan XİN rəhbəri qarşıdakı səfəri zamanı Azərbaycan tərəfi ilə həmin məsələləri müzakirə edəcək.

Səfər zamanı hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti