...

XİN: İran-Türkiyə münasibətləri strateji xarakter daşıyır

Siyasət Materials 1 May 2013 18:02 (UTC +04:00)
İran və Türkiyə arasında münasibətlər strateji xarakter daşıyır. Trend İRİB telekanalının saytına istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
XİN: İran-Türkiyə münasibətləri strateji xarakter daşıyır

Azərbaycan, Bakı, 1 may /Trend, müxbirlər E.Tariverdiyeva, F.Kərimov/

İran və Türkiyə arasında münasibətlər strateji xarakter daşıyır. Trend İRİB telekanalının saytına istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst bildirib.

"İkitərəfli münasibətlərin inkişafı regionda təhlükəsizliyin və əməkdaşlığın saxlanılmasına zəmanət verəcək", - o deyib.

Regionda, xüsusilə Suriya və Bəhreyndə baş verən hadisələrdən danışan iranlı məmur bildirib ki, suriyalılar öz taleyini müstəqil şəkildə müəyyən etməlidirlər və İran onların seçimini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti