...

PKK-nın azyaşlı üzvləri Türkiyədə qalacaqlar

Siyasət Materials 2 May 2013 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyə hökümətinin hazırladığı plana görə, terrorçu Kürd Fəhlə Partiyasının (PKK) azyaşlı üzvləri yaraqlılar ölkədən çıxarılandan sonra da Türkiyədə qalacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər yayıb.

Məlumata görə, bundan başqa PKK-nın İraq şimalında yerləşən Mahmur düşərgəsində doğulan uşaqlar da Türkiyəyə qaytarılacaqlar. Onlar xüsusi pedaqoqların işləyəcəyi məktəblərə veriləcəklər.

Qəzet bildirir ki, bu barədə qərar Türkiyə höküməti tərəfindən PKK yaraqlıları olan valideynlərin onların uşaqlarını ölkədən deportasiya etməmək xahişi ilə hakimiyyətə müraciətindən sonra qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti