Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması rəsmi Ankaranın regionun digər ölkələri ilə münasibətlərinə heç cür təsir etməyəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül Küveytin "ər-Ray" qəzetinə müsahibəsində bildirib.
Gülün sözlərinə görə, Türkiyə regionda sabitliyin bərqərar olmasını və fələstinlilərin öz dövlətlərində sülh şəraitində yaşamasını istəyir.
İraqdakı vəziyyətə toxunan Prezident vurğulayıb ki, ölkədəki siyasi böhran Türkiyədə narahatlıq doğurur. Ankara İraqdakı daxili siyasi böhranın etniklərarası və dinlərarası münaqişəyə keçəcəyindən ehtiyat edir.