...

Eşton-Cəlili görüşü başa çatdı

Siyasət Materials 16 May 2013 04:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi, nüvə proqramı üzrə baş müzakirəçi Səid Cəlilinin görüşü başa çatıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Eşton və Cəlili "5+1" qrupu ilə İran arasında Tehranın nüvə proqramına dair müzakirələri davam etdirmək üçün İstanbulda bir araya gəliblər. Sayca 10-cu danışıqlar İranın İstanbuldakı Baş konsulluğunda 4 saata yaxın davam edib.

"Görüş çox faydalı oldu. Yaxın zamanlarda yenidən bir araya gələcəyik", - Aİ rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti