Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Norveç dostluğunun daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev V Haralda möhkəm cansağlığı, işlərində uğurlar, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıb.