Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Tariverdiyeva/
Prezident qanuna tabe olmalı və ölkə konstitusiyasına uyğun fəaliyyət göstərməlidir. Trend-in cümə günü "Shafaf" saytına istinadən verdiyi məlumata görə, bunu İran prezidentliyinə namizəd, Tehranın hazırkı meri Məhəmməd Baqir Qalibaf deyib.
Qalibaf bəyan edib ki, İran xalqının bütün sahələrdə irəliləyişə nail ola bilməsi üçün sosial və iqtisadi ədalətə ehtiyacı var.
Tehran şəhərinin meri əlavə edib ki, sosial imkanlar əhalinin bütün təbəqələri arasında bərabər bölünməlidir.
Qalibafın sözlərinə görə, prezident yerinə yetirə bilməyəcəyi vədlər verir.