Azərbaycan, Bakı, 22 may / Trend /
Avropa Şurasının prezidenti Herman van Rompey çərşənbə günü Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.
Rompey Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşlər keçirəcək.
Səfər zamanı tərəflər Türkiyə və Avropa İttifaqı arasında münasibətləri, həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.