...

Deputat: İranda Rəfsəncaninin seçkilərdən kənarlaşdırılması qanunauyğun deyil

Siyasət Materials 22 May 2013 15:41 (UTC +04:00)
İranın Keşikçilər Şurası dini və hüquqi yönlü qərardan daha çox siyasi qərar qəbul edib.
Deputat: İranda Rəfsəncaninin seçkilərdən kənarlaşdırılması qanunauyğun deyil

Azərbaycan, Bakı, 22 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın Keşikçilər Şurası dini və hüquqi yönlü qərardan daha çox siyasi qərar qəbul edib. Trend-in İranın Gənc Jurnalistlər Klubunun saytına istinadən verdiyi məlumata görə, bunu sabiq dövlət başçısı Haşimi Rəfsəncaninin prezident seçkilərində namizədliyini geri qaytarmış Keçikçilər Şurasının qərarını şərh edən ölkə parlamentinin deputatı Əli Mütəhhəri deyib.

Deputat bildirib: "Fikrimcə, Rəfsəncaninin seçkilərdən kənarlaşdırılması Səid Cəlilinin seçkilərə buraxılması kimi qanunazidd idi".

O, Rəfsəncaninin kənarlaşdırılması səbəbini Keşikçilər Şurasının namizədin səhhətinin yaxşı olmaması və onun 2009-cu ildəki qiyamda iştirakını nəzərə almasında görür. Bununla belə, Mütəhhəri hesab edir ki, bu iki aspekt həqiqətəuyğun deyil.

Deputat deyib: "Rəfsəncani və ailəsinə şər atıblar. O, özünü müdafiə etmək üçün IRIB telekanalında vaxt istəyib, lakin ona efir vaxtı ayırmayıblar. Buna görə də onun haqlı etirazları olub".

Onun sözlərinə görə, Cəlinin seçkilərdə iştirakı barədə qərar qanunauyğun deyil, çünki insanı təkcə nüvə proqramı üzrə Avropa İttifaqı ilə danışıqlar fonunda təcrübəli hesab etmək olmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti