Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan İslam dünyasının maraq və mənafelərinin qorunmasına da qrant ayıracaq. Trend-in məlumatına görə, bunu "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Həsənov bildirib ki, bəzi beynəlxalq QHT-lər müsəlman ölkələrindəki vəziyyəti bir xaos, anarxiya kimi təqdim edirlər: "Amma bu xaos və anarxiya da elə onların son 5 ildə həmin ölkələrin daxili işlərinə müdaxilə etməsindən sonra yaranıb".
Onun sözlərinə görə, Azərbaycan İslam mənəviyyatının, mədəniyyətinin təbliğinə, islamofobiyaya qarşı mübarizəyə də vəsait ayıracaq:
"Çünki haqsız olaraq müsəlmanları dünyada biabır edirlər, müsəlman xalqlarını terrorçularla eyniləşdirirlər. İslam ölkələrinin idarəçiliyini haqsız olaraq tənqid edilər, biabır edilər. Halbuki bu ölkələrin çoxunda Avropa idarəçiliyindən daha möhkəm olan idarəçilik var. Bütün bu məsələlər artıq bizim diqqətimizdədir".
Azərbaycan İslam dünyasının maraq və mənafelərinin qorunmasına da qrant ayıracaq