...

Səfir: Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq genişlənməlidir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 İyun 2013 11:08 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq genişlənməlidir.
Səfir: Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq genişlənməlidir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir S. Əhmədova/

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq genişlənməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib:

"İki ölkə tərəfindən hökumətlər səviyyəsində ikitərəfli işçi qrupu yaradılıb. İşçi qrupunun növbəti iclasının iyulda keçirilməsi planlaşdırılıb".

Diplomat ölkədə dini tolerantlığı yüksək qiymətləndirib.

Herbert Kvelle qeyd edib ki, iyul ayında Azərbaycanda diplomatik missiyasını başa çatdırır.

Səfir deyib ki, Almaniya "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir. Onun sözlərinə görə, əsas məsələ "Nabuco West" və ya TAP boru kəməri layihəsinin seçilməsi deyil, məhz qazın Avropaya ixrac edilməsidir.

İki ölkənin siyasi münasibətlərinə toxunan diplomat bildirib ki, Azərbaycan və Almaniya mütəmadi olaraq bu əlaqələrin inkişafı üzərində işləyir, vaxtaşırı xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlər təşkil edilir, siyasi məsləhətləşmələr aparılır.

Diplomat, həmçinin Azərbaycan hökumətini demokratiya, insan haqlarının təminatı, mətbuat, vətəndaş cəmiyyətilə dialoqun keçirilməsi məsələsinə diqqəti artırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti