...

Azərbaycan XİN Avropa İttifaqı Şurasının sədrinin bəyanatını alqışlayır

Siyasət Materials 7 İyun 2013 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN Avropa İttifaqı Şurasının sədri Herman van Rompeyin Qafqazda sabitliyin möhkəmləndirilməsi ərazi bütövlüyü və müstəqillik prinsiplərinə əsaslandırılması haqqında bəyanatını alqışlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən brifinqdə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, "bu beynəlxalq ictimaiyyətin ərazi bütövlüyü və müstəqillik prinsiplərinə hörmət etməsinin və güc tətbiqi yolu ilə sərhədlərin dəyişdirilməsinə qarşı çıxmasının göstəricisidir".

Abdullayev vurğulayıb ki, bu bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ilə beynəlxalq ictimaiyyətin mövqeyi üst-üstə düşür.

Çərşənbə axşamı Yekaterinburqda olan Avropa İttifaqı
Şurasının prezidenti Herman van Rompey bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prinsiplərini indidən razılaşdırmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti