Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/
İranda prezidentliyə namizədlərdən biri Qulaməli Həddad Adil seçkilərdə iştirakdan imtina edib. Bu barədə Trend bazar ertəsi IRNA agentliyinə istinadən məlumat verir.
Mühafizəkarlar düşərgəsinin namizədi olan Həddad Adil xalqa İslam İnqilabının ali lideri Ayətullah Seyid Əli Xamneyinin tövsiyələrinə diqqətlə əməl etməyi və İslam İnqilabının dəyərlərinə və Xomeyninin niyyətlərinə sadiq olan namizədlərə səs verməyi məsləhət görüb.
Həddad Adil deyib ki, hələ də Mühafizəkarlar düşərgəsinin digər namizədlərini dəstəkləyir və qarşıdakı seçkilərdə mühafizəkar namizədin qalib gəlməsi onun əsas məqsədidir: "Mühafizəkar düşərgədən bir neçə namizədin olması seçkiqabağı yarışda onların islahatçılara qarşı şanslarını azaldacaq, buna görə də namizədliyimi geri götürmək və digər mühafizəkar namizədləri dəstəkləmək qərarına gəldim".