...

Firudin Nəbiyev Banqladeşin xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 10 İyun 2013 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri xanım Dipu Moninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən mlumata görə, Firudin Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində hazırda ölkə iqtisadiyyatı dinamik inkişaf edir, çoxsaylı müəssisələr yaradılır, yerli və regional infrastruktur layihələri uğurla həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Bu da əcnəbilərin respublikamıza marağını daha da artırır. Bu səbəbdəndir ki, ölkəmizə gələn əcnəbilərin sayı ildən - ilə artır. Məhz Dövlət Miqrasiya Xidməti bu sahədə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən qurumdur.

Nəbiyev müstəqil Azərbaycan Respublikasının gənc qurumu olan Dövlət Miqrasiya Xidmətinin ötən müddət ərzində sürətli inkişaf yolu keçdiyini, ölkəmizdə dünya standartlarına uyğun miqrasiya xidmətinin formalaşdığını qonaqların diqqətinə çatıdırıb.

Dipu Moni isə Bakıda ilk dəfə olmaqdan məmnun olduğunu dilə gətirib, Banqladeş Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Xocalı soyqırımı məsələsində Azərbaycanı dəstəklədiyini bildirib. O, Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında siyasi sahədə əlaqələrin yüksək, digər sahələrdə isə nisbətən zəif olduğunu vurğulayıb.

Xanım Moni səfərinin əsas məqsədinin ölkələr arasında ikitərəfli əlaqələrin daha da yaxşılaşdırılması olduğunu diqqətə çatdırıb, gələcədə iki ölkə arasında bir çox sahələrdə olduğu kimi miqrasiya sahəsində də əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə də aydınlıq gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti