...

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan səfirlərlə görüşüb

Siyasət Materials 13 İyun 2013 21:34 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Sabin Ulman Şabanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan səfirlərlə görüşüb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Sabin Ulman Şabanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu bildirib və səfir Sabin Ulman Şabana gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İsveçrə Konfederasiyasının səfiri iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf perspektivləri, xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Almaniya Federativ Respublikasının səfiri Herbert Kvelleni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Herbert Kvelle Azərbaycanda tərəfinə əməkdaşlığa və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlıq bildirib. Həmçinin, almaniyalı diplomat Azərbaycanın artan nüfuzunu qeyd edib.

Nazir Elmar Məmmədyarov Herbert Kvelleyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti