...

DİN: İranda prezident seçkilərində səsvermənin müddəti uzadılacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 İyun 2013 16:02 (UTC +04:00)
Əhalinin seçki prosesində kütləvi iştirak etmək istəyi nəzərə alınaraq, İranda prezident seçkilərində səsvermə müddəti uzadılacaq.
DİN: İranda prezident seçkilərində səsvermənin müddəti uzadılacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:55-də yayılıb)

İran, Tehran, 14 iyun /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Əhalinin seçki prosesində kütləvi iştirak etmək istəyi nəzərə alınaraq, İranda prezident seçkilərində səsvermə müddəti uzadılacaq. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

O, qeyd edib ki, 96 ölkədə 128 seçki məntəqəsi açılıb: "İranlılar həmin məntəqələrdə səs verə bilərlər. Zərurət yaranacağı halda, bu ölkələrdə də səsvermənin müddəti uzadıla bilər".

Nazir səsvermənin nə qədər müddətə uzadılacağını dəqiqləşdirməyib. Nəccar daha əvvəl bildirmişdi ki, standart səsvermə müddəti seçkilər başlayandan etibarən 8 saat təşkil edir, lakin ehtiyac olarsa bu müddət daha 3 saat artırıla bilər.

İranda 11-ci prezident seçkiləri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti