...

Əhmədinejad yeni seçilmiş Prezident Ruhani ilə görüşüb

Siyasət Materials 18 İyun 2013 12:36 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad iyunun 14-də yeni seçilmiş dövlət başçısı Həsən Ruhani ilə görüşüb. Görüş İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzində baş tutub.
Əhmədinejad yeni seçilmiş Prezident Ruhani ilə görüşüb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad iyunun 14-də yeni seçilmiş dövlət başçısı Həsən Ruhani ilə görüşüb. Görüş İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzində baş tutub.

Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Görüşdə Əhmədinejadla yanaşı İranın Ali liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili də iştirak edib.
Görüşdə Əhmədinejad və Ruhani gündəlikdə olan bəzi məsələlər barədə müzakirələr aparıblar.

Xatırladaq ki, Həsən Ruhani iyun ayının 14-də keçirilən seçkilərdə əlli faizdən çox səs toplamaqla İranın yeni Prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti