...

Fərhad Məmmədov: Mərkəzi Asiya bazarı Azərbaycan üçün böyük önəm daşıyır

Siyasət Materials 3 İyul 2013 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığı genişləndirməyin yollarını araşdırır. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.

SAM-ın direktoru qeyd edib ki, Azərbaycan bu günədək dünya bazarına əsasən öz enerji resursları ilə çıxır və bu, gələcəkdə də davam edəcək. Azərbaycanın perspektivləri onun "Azərbaycan 2020: Gələcəyə baxış" inkiafş konsepsiyasında göstərilib. Əsas istiqamətlərdən biri ölkənin qeyri-neft sektorunun inkişafıdır: "Əsas məqsədlərdən biri qeyri-neft sektorunun ixrac potensialının 2020-ci ildə bugünkü 1,5 milyard dollardan 10 milyard dollaradək yüksəldilməsidir. Bu, çox böyük iddialı rəqəmdir və bu rəqəmi həyata keçirmək məqsədilə biz öz mal və xidmətlərimiz üçün bazar tapmalıyıq."

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan üçün önəmli olan bazarlardan biri də çox böyük Mərkəzi Asiya bazarıdır: "Çünki Mərkəzi Asiyada həm əhali çoxdur, həm dövlətlər bizə yaxındır, həm də bu dövlətlərlə hər hansı bir siyasi problem yaşamırıq. Bizim əməkdaşlığımız üçün çox böyük potensial var. Hazırda bu istiqamətdə ciddi araşdırmalar aparılır ki, Mərkəzi Asiya dövlətləri ilə optimal olaraq hansı sahədə əməkdaşlığı genişləndirə bilərik."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti