...

ABŞ-ın nüfuzlu xəbər portalında TAP layihəsinin perspektivləri barədə məqalə dərc edilib

Siyasət Materials 16 İyul 2013 01:49 (UTC +04:00)
İqamətgahı Massaçusets ştatının Boston şəhərində yerləşən “Global Post” xəbər portalında səfir Elin Süleymanovun müəllifi olduğu məqalə dərc edilib.
ABŞ-ın nüfuzlu xəbər portalında TAP layihəsinin perspektivləri barədə məqalə dərc edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İqamətgahı Massaçusets ştatının Boston şəhərində yerləşən "Global Post" xəbər portalında səfir Elin Süleymanovun müəllifi olduğu məqalə dərc edilib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə Azərbaycanla Gürcüstanı birbaşa, eləcə də potensial olaraq Xəzər dənizi ilə Cənubi Avropanı birləşdirəcək "Cənub Dəhlizi" üçün seçilmiş TAP layihəsinin yeni coğrafi reallıqlar yaratdığı qeyd edilir və sözügedən layihənin Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, ABŞ-ın enerji maraqları ilə uzlaşacağı vurğulanıb.

Geosiyasi önəmi ilə yanaşı, iştirakçı dövlətlərin sosial-iqtisadi rifahına bilavasitə müsbət təsir edəcək təbii qaz kəmərinin inşasının Yunanıstan və Albaniyada müvafiq infrastrukturun inkişafına və yeni iş yerlərinin açılmasına təkan verəcəyi deyilir.

TAP-ın perspektivləri və yaratdığı imkanların yalnız Avropa ilə məhdudlaşmadığı, təbii qazının qlobal marketə çıxarılması, beynəlxalq enerji tələblərinin qarşılanması yolu ilə ABŞ-ın da maraqlarına xidmət etdiyi bildirilib.

Məqalənin sonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurunda və nəticədə regionun mənzərəsinin müsbət yöndə dəyişməsində ABŞ hökumətinin birmənalı dəstəyinin xüsusi rolu olduğu qeyd edilərək, reallaşdırılmaqda olan "Cənub Dəhlizi" layihəsinə də ABŞ-ın davamlı dəstəyinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti