Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E.Tariverdiyeva/
İran Prezidenti Mahmud Əhmədinejad ölkəyə rəhbərlik etdiyi dövr ərzində enerji resurslarından əldə edilən gəlirlərin 800 milyard dollarını xərcləyib. Trend-in "Sharg" gündəlik qəzetinə istinadən verdiyi məlumata görə, bunu yeni seçilmiş Prezident Həsən Ruhaninin müşaviri Əkbər Türkan deyib.
Onun sözlərinə görə, Əhmədinejad prezidentlik müddətinin başlamasından ötən il martın 21-dək malların idxalına təqribən 640 milyard dollar xərcləyib.
Əhmədinejadı statistikanın düzgün olmamasında təqsirləndirən Türkan deyib: "Əhmədinejad administrasiyası iddia edir ki, 8 illik prezidentliyi dövründə 63 500 kilometr uzunluğunda yol tikilib, halbuki real rəqəm 16 min kilometrdir. Bundan başqa, statistikada rəqəmlər düzgün göstərilməyib".
Onun sözlərinə görə, Əhmədinejadın rəhbərliyi dövründə inkişaf mərhələsinə qədəm qoymuş "Cənub Pars" qaz yatağının heç bir fazasına başlanılmayıb.