"Hizbullah" lideri bir ildən sonra ictimaiyyət arasında göründü

Siyasət Materials 3 Avqust 2013 05:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Ötən ilin sentyabrından ictimaiyyət arasında görünməyən Livanın "Hizbullah" radikal qruplaşmasının lideri fələstinlilərə dəstək mitinqində çıxış edib. Bu barəfə Trend BBC-yə istinadən məlumat verir.

Həsən Nəsrullah öz çıxışında növbəti dəfə İsraillə məsələni bitirməyə çağırıb, həmçinin İran və Suriyaya onların Fələstində və Livanda müqavimətinə dəstək verdiyinə görə təşəkkür edib.

O, bəyan edib ki, müsəlman şiələr heç vaxt Fələstindən imtina etməyəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti