...

Nursultan Nazarbayev: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq üçün şərait yaradır

Siyasət Materials 16 Avqust 2013 12:32 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını tanınmış təşkilata çevrilir və iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq üçün şərait yaradır. Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Nazarbayev bildirib: "Bu türk dünyası adı altında yeni trenddir".

Qazaxıstan Prezidenti çıxışı zamanı Şuranın hazırkı və gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Şuranın nüfuzunun artırılması məqsədilə onun təşkilat kimi institusional əsasının formalaşmasında səylər göstərmək lazımdır: "Bunun üçün bir necə əsas sənədlərin ratifikasiyasını tezləşdirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti