...

Azərbaycan “beyin mərkəzi”nin rəhbəri: BMT Təhlükəsizlik Şurası Suriya məsələsi üzrə razılığa gələ bilməyəcək

Siyasət Materials 30 Avqust 2013 16:16 (UTC +04:00)
Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov hesab edir ki, BMT Təhlükəsizlik Şurası Suriya məsələsi üzrə razılığa gələ bilməyəcək.
Azərbaycan “beyin mərkəzi”nin rəhbəri: BMT Təhlükəsizlik Şurası Suriya məsələsi üzrə razılığa gələ bilməyəcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov hesab edir ki, BMT Təhlükəsizlik Şurası Suriya məsələsi üzrə razılığa gələ bilməyəcək.

Məmmədov cümə günü jurnalistlərə bildirib: "Azərbaycan həmişə ABŞ tərəfindən Suriya mələsəi ilə bağlı BMT-yə təqdim olunan qətnamələri dəstəkləyib, lakin Azərbaycanın özünün də prinsipial mövqeyi var: İlk olaraq hazırda Suriyada baş verən humanitar fəlakəti və vətəndaş müharibəsini dayandırmaq lazımdır".

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasında müəyyən razılığa gəlinməyəcək, çünki "müstəqil dövlətlərin işinə qarışmaq məsələsində Rusiya və Çin öz veto hüququndan istifadə edəcək və birmənalı olaraq Suriyaya qarşı güc tətbiq olunması öz müsbət həllini tapmayacaq".
Onun fikrincə, "böyük ehtimalla ABŞ koalisiya yaratmalı və ya təkbaşına Suriya ordusunun mövqelərinə dəqiq zərbələr endirməli olacaq. Vaşinqtonun preventiv metodlardan istifadə etməsi mümkündür".

Məmmədovun sözlərinə görə, hökümət qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiq olunması ilə bağlı KİV tərəfindən qaldırılan səs-küy informasiya müharibəsinin üsulu ola bilər: "Nümunə olaraq öz vaxtında İraqda kimyəvi silahın olması barədə şayiələrdən geopolitik məqsədlərin reallaşdırılmasında çox aktiv şəkildə istifadə olunub. Eyni zamanda kütləvi qırğın silahının olması faktı heç kimdə şübhə doğurmur. Lakin kimyəvi silahın dinc əhaliyə qarşı tətbiqi faktı üzrə qiymətləndirməni müstəqil ekspert qrupu verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti