Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
ABŞ-ın dövlət katibi Con Kerri sentyabrın 16-da Parisə səfəri çərçivəsində Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri Loran Fadius və Uilyam Heyq ilə yanaşı, Səudiyyə Ərəbistanı XİN rəhbəri Səud əl-Feysəllə də görüşəcək.
Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Dövlət Departamenti xəbər yayıb.
Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərq regionunda müttəfiqidir.
Qeyd edək ki, ABŞ bir sıra dövlətlərlə Suriya problemi üzrə ikitərəfli və çoxtərəfli məsləhətləşmələr aparır.