...

İlham Əliyev Keniya Prezidentinə başsağlığı verib

Siyasət Materials 25 Sentyabr 2013 18:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uhuru Keniattaya başsağlığı verib.
İlham Əliyev Keniya Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uhuru Keniattaya başsağlığı verib.

Başsağlığında deyilir: "Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti